Ötən gün ölkədə 22 yanğın olub FHN

Ötən gün ölkədə 22 yanğın olub FHN

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər, o cümlədən Salyan rayonunda “Mercedes” markalı mikroavtobusun “КамАЗ” markalı yük avtomobilinə çırpılması nəticəsində deformasiyaya uğrayan mikroavtobusda sıxılı vəziyyətdə qalmış 1 nəfər sərnişin xilas edilib.

Həmçinin, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində "Toyota" markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi nəticəsində 1995-ci il təvəllüdlü Nimanixin Vadim Andreyeviçin meyiti dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə