İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə Şamaxı-Muğanlı-İsmayıllı yolunda baş verib. Belə ki, yolun İsmayıllı şəhəri ərazisində "QAZ-3110" markalı minik maşını ilə "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində rayon sakini, 1958-ci il təvəllüdlü Eynulla Xeyrulla oğlu Coşquyev ağır yaralanıb. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq E.Coşquyev dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB