Göygöldə qonşusunu bıçaqlayan şəxsin kimliyi məlum olub. SİA-nın məlumatına görə, təqsirləndirilən şəxs 1993-cü il təvəllüdlü Muradov Xəyyam Alagöz oğludur. Onun saxlanılması istiqamətində axtarışlar davam edir.
***
21.05
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
SİA-nın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini 1985-ci il təvəllüdlü Mübariz Yusibov ayaq budunun yuxarı iç səhtin 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə M.Yusibov qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB