Göygöl rayonunda tanışlar arasında düşən mübahisə ölümlə nəticələnib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Rövşən Nəsibov küçəsində fəaliyyət göstərən çay evlərindən birində baş verib. 2002-ci il təvəllüdlü Cavidan Məmmədovla, 1999-cu il təvəllüdlü Cəlal Apiyev arasında mübahisə düşüb. Nəticədə Cəlal Apiyev bıçaqla Cavidan Məmmədova bir neçə zərbə endirərək sonuncunu qətlə yetirib.
Hadisənin dəqiq səbəbləri tam açıqlanmasa da qətli törətməkdə şübhəli bilinən Cəlal Apiyev artıq saxlanılıb.
Məlumat üçün bildirək ki, qətlin hadisəsi ilə bağlı Göygöl Rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB