Videolarını “Tik-Tok”da paylaşan avtoxuliqan həbs edildi -VİDEO

Videolarını “Tik-Tok”da paylaşan avtoxuliqan həbs edildi -VİDEO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Çayarxı kənd sakini Əziz Yusifov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və toy karvanında etdiyi avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Əziz Yusifov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə