Metroda cibgirlik edən şəxs saxlanılıb

Metroda cibgirlik edən şəxs saxlanılıb

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da metronun “Nizami” stansiyasında qatarda bir qadının cibindən içərisində pulu, bank kartı və sənədləri olan pulqabısını, fevralın 14-də isə “28 May” stansiyasında qatara daxil olan zaman digər bir qadının gödəkçəsinin cibindən “Samsung A10” markalı mobil telefonunu cibgirlik yolu ilə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsgər Əliyev müəyyən edilərək saxlanılıb.

Bu barədə SİA-ya DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə