54 cinayətin üstü “isti izlər”lə açılıb DİN

54 cinayətin üstü “isti izlər”lə açılıb DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə