Şirvan sakini özünü bıçaqlayıb

Şirvan sakini özünü bıçaqlayıb

Şirvan şəhərində intihara cəhd hadisəsi baş verib.

SIA-nın məlumatına görə, Şirvan şəhər sakini, 1996-cı il təvəllüdlü Məmmədov Təbriz Dadaş oğlu özünə bıçaqla xəsarət yetirib.

T.Məmmədov qarın boşluğunun daxilinə nüfuz edən yara diaqnozu ilə Şirvan xəstəxanasına aparılıb. Cərrahiyə şöbəsində onun üzərində əməliyyat aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə