Nəcməddin Sadıkov yol qəzası törədib və... - DYP

Nəcməddin Sadıkov yol qəzası törədib və...  - DYP

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb. İdarənin baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, “Toyota Land Cruiser“ markalı, 90-AS-020 seriyalı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunub.

Hadisə sənədləşdirilib, qarşı tərəfə dəyən ziyan ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə