Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə fevralın 14-də Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əliyevin idarə etdiyi “Fiat” markalı avtomobildə sərnişin qismində olan 2 nəfərin onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub. Bu barədə DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB