Xaçmazda kafenin ikinci mərtəbəsindən yıxılaraq ölən şəxsin kimliyi məlum olub
Xaçmazda kafenin ikinci mərtəbəsindən yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.
SİA-nın şimal bürosunun verdiyi məlumata görə, dünyasını dəyişən şəxs Xaçmazın Köhnə Xaçmaz kənd sakini Əliyev Səhmana Habil oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
20.16
Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.
SİA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən "Məkan" adlı kafesində qeydə alınıb. Orta yaşlı kişi kafenin ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Meyitin şəxsiyyətini müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB