Körpə uşağını küçəyə atdı - Gəncə

Körpə uşağını küçəyə atdı - Gəncə

Gəncədə küçədən tərk edilmiş körpə tapılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, o 3 aylıq oğlan uşağıdır və şəhərin Atatürk prospektində yerləşən yataqxananın yaxınlığında tapılıb. Gəncə şəhər Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilən körpənin vəziyyəti normaldır.

Xəstəxanaya yerləşdirilən körpənin çəkisi yaşına uyğun olaraq 4 kq-dan artıq, boyu isə 55 santimetrdir. Daxili İşlər Nazirlliyinin Mətbuat Xidmətinin rəsmisi Eşqin Qasımov məsələ ilə bağlı bildirib ki, uşağın valideyni artıq müəyyən edilib və onunla profilaktik söhbətlər aparılıb.

Məlumat üçün bildirək ki, Gəncə şəhərində bənzər hadisə bir neçə ay öncə də qeydə alınmışdı.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə