Tovuzda elektrik stansiyasında yanğın baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerinə dərhal FHN-in 4 yanğınsöndürən avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb, stansiya yanığından mühafizə edilib. Qeyd edək ki, sözügedən stansiya Tovuz rayonuna elektrik enerjisinin verilməsini təmin edir. Hazırda elektrik enerjisinin bərpası məqsədilə hadisə yerində təmir işləri aparılır. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB