Fevralın 13-ü axşam saatlarında baş verən zəlzələ qərb rayonlarında hiss olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, təkan iki dəfə baş verib və bir neçə saniyə davam edib. Titrəyişi daha çox hiss edənlər hündür mərtəbəli yaşayış binalarında yaşayan sakinlər olub. Onlar nə baş verdiyini anlamadan həyəcan içində evlərini tərk ediblər. Xəsarət alanlar və hər hansı dağıntı olması barədə məlumat yoxdur. Sakinlər təhlükə keçdikdən 2 saat sonra evlərinə qayıdıblar.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB