Ramiz Mehdiyevin qohumu saxlanıldı - DİN məlumat yaydı

Ramiz Mehdiyevin qohumu saxlanıldı - DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun saxlanılmasına münasibət bildirib. DİN Mətbuat xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov mətbuata açıqlamasında bildirib ki, o Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək", -deyə E. Zahidov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə