Almaniyanın Münhen ərazisində iki elektrik qatarı toqquşub, bir nəfər ölüb, 30-a yaxın insan xəsarət alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Bayerischer Rundfunk" xəbər verib.
Yerli polisin verdiyi məlumatına əsasən, hadisə Ebenhauzen şəhərində saat 16:40 radələrində baş verib. Hadisə barədə məlumat verildikdən sonra hadisə yerinə 200-ə yaxın polis əməkdaşı gəlib, helikopter cəlb olunub.
Hadisədən sonra dəmir yolu xətti bağlanıb, xilasetmə işlərinin gecə saatlarına qədər davam edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB