Ramiz Mehdiyevin köməkçisi saxlanıldı

Ramiz Mehdiyevin köməkçisi saxlanıldı

AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.

Qeyd edək ki, E.Əmirov bu gün AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğludur.

O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə