Bakı şəhər sakinindən “Makarov” markalı tapança aşkar edilib

Bakı şəhər sakinindən “Makarov” markalı tapança aşkar edilib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İ.Əliyevin yaşadığı mənzilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Y.Tanrıverdiyevin kirayədə yaşadığı evdən isə alışdırıcısı ilə birgə M75 tipli əl qumbarası aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə