Mobil telefon oğurlayan şəxs saxlanılıb

Mobil telefon oğurlayan şəxs saxlanılıb

Metropolitendə Polis Şöbəsinə fevralın 9-da metronun “28 May” stansiyasında Gəncə şəhər sakini M.Cəfərovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xəlilov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə