Boliviyada avtobus qəzasında azı 4 nəfər ölüb, onlarla insan yaralanıb

Boliviyada avtobus qəzasında azı 4 nəfər ölüb, onlarla insan yaralanıb

Boliviyanın cənubundakı Çukizaka departamentində bazar günü səhər tezdən avtobusun dərəyə aşması nəticəsində azı 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə yerli qurumlar məlumat yayıb.

Departament prokuroru Maurisio Nava yerli mediaya bildirib ki, Monteaqudo şəhərində baş verən qəzaya sürət həddinin aşılması səbəb olub.

İlkin məlumata görə, avtomobil Sukre-Monteaqudo marşrutu ilə hərəkət edərkən aşırıma qalxarkən dərəyə aşıb.

Nava bildirib ki, yaralılara kömək etmək üçün hadisə yerinə polis və İctimai İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə