Avtomobili narkotik vasitənin təsiri altında idarə edən saxlanılıb

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən saxlanılıb

Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes Benz” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün saxlanılıb.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Bakı şəhər sakini M.Məcidovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Keçirilən müayinənin nəticəsinə əsasən M.Məcidovun narkotik vasitədən istifadə etdiyi məlum olub. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə