Tovuzda qadın özünə bıçaqla xəsarət yetirib, vəziyyəti ağırdır.
SİA-nın məlumatına görə, hadisə rayonun Mamed Zeynalov küçəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Elnarə Balayeva qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə qadın özü özünə bıçaqla xəsarət yetirib. Onun özünə xəsarət yetirməsinin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB