Suraxanı rayonunda ikimərtəbəli ev yanıb

Suraxanı rayonunda ikimərtəbəli ev yanıb

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli evdə yanğın baş verib.
SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kvadratmetr sahədə, bitişik ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evin hamam otağının tavanı 1 kvadratmetr sahədə və bitişik talvarın taxta atmaları 15 kvadratmetr sahədə yanıb. Hər iki evin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə