Bakıda polis əməkdaşları bıçaqlandı

Bakıda polis əməkdaşları bıçaqlandı

Bakıda 2 polis əməkdaşı bıçaqlanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Bütün xəbərlər Facebook səhifəmizdə