Nigeriyada tikilməkdə olan bina uçub, dağıntılar altında qalanlar var
Nigeriyanın ən böyük şəhəri Laqosda tikilməkdə olan üçmərtəbəli bina çöküb.
SİA xəbər verir ki, bu barədə Nigeriyanın Politics Nigeria xəbər portalı məlumat yayıb.
Hadisə nəticəsində işçilər dağıntılar altında qalıb. Artıq iki fəhlə dağılmış tikililərin altından çıxarılıb, onların vəziyyəti barədə məlumat verilmir. Xilasetmə işləri davam edir.
Dağılan bina Laqos Universitetinin yaxınlığındakı Yaba bölgəsində yerləşir. Polis bir neçə küçəni bağlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB