Bakıda üçmərtəbəli ev yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB