Mingəçevirdə kafe yanıb

Mingəçevir şəhərində yanğın hadisəsi baş verib.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Mingəçevirdə ümumi sahəsi 200 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 150 m² sahədə, içərisində 10 ədəd soyuducu və 3 ədəd kondisioner yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə