Bakının Xətai rayonunda yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
“Haval” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. Nəticədə “Haval” qarşıda hərəkətdə olan “Azsamand” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində hər iki maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB