Tovuzda baş verən qəzada ölən və xəsarət alanın kimliyi məlum olub.
SIA-nın məlumatına görə, qəza zamanı ölən şəxs 1964-cü il təvəllüdlü Hüseyn İmran oğlu Məmmədovdur. Xəsarət alan isə 1971-ci il təvəllüdlü Məmmədov Elçin Arif oğlu Məmmədovdur. Yaralı Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
***
22.49
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
SIA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza zamanı bir nəfər ölüb bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB