Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 350 min nəfər əhalisi olan Hualien şəhərindən 66 km şimal-şərqdə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat, dağıntı və sunami təhlükəsi barədə məlumat verilmir.

23 milyon əhalisi olan Tayvan Şərqi Asiyanın seysmik cəhətdən ən aktiv zonalarından birində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə