Bakıda restoran işçisini avtomobil vuraraq öldürüb

Bakıda restoran işçisini avtomobil vuraraq öldürüb

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

SIA xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının qarşısında qeydə alınıb.

1976-cı il təvəllüdlü Aslanova Sevinc Tərlan qızı işlədiyi “Mangal Steake” restoranından çıxaraq yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən əks tərəfə keçmək istəyib. Həmin vaxt onu “Chevrolet” markalı avtomobili idarə edən 1998-ci il təvəllüdlü Əliyev Murad Qorxmaz oğlu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə