Gəncədə mənzildən meyit tapılıb

Gəncədə mənzildən meyit tapılıb

Gəncədə mənzildə kişi meyiti aşkar edilib.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə