Bakıda internat məktəbin pəncərələrini söküb apardılar

Bakıda internat məktəbin pəncərələrini söküb apardılar

Bakıda oğurluq hadisəsi olub.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 8-də Əmircan qəsəbəsindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi və rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Qiladov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən heroin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə