Bakı sakinini avtomobil vurub

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SIA xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Dəmirzadə Ülvi Kamil oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə