Göygöldə baş verən qəzada 3 nəfər xəsarət alıb

Göygöldə baş verən qəzada 3 nəfər xəsarət alıb

Göygöldə baş verən qəzada xəsarət alanların adları məlum olub.

SIA-nın məlumatına görə, 2 "VAZ-2107" markalı avtomobilin toqquşması zamanı 1973-cü il təvəllüdlü Namazov Mustafa Nəsir oğlu və 1995-ci il təvəllüdlü Namazov Müşviq Şahin oğlu və daha bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

***

00.00

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

SIA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun ərazisində "Mal Bazarı" adlanan ərazidə qeydə alınıb. Hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə