Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ olub

Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ olub

Fevralın 9-da Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

SIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin 300 mindən çox əhaliyə malik Naha şəhərindən 131 kilometr şimal-qərbdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə