Bakıda piyadanı avtomobil vurub

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, qəza metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib.

Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən 1968-ci il təvəllüdlü Musayeva Sevinc Oqtay qızını avtomobil vurub.

O müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə