ABŞ-ın Riçlend şəhərində (Vaşinqton ştatı) yerləşən supermarketlərdən birində atışma baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli polis idarəsindən bildiriblər.
Məlumata əsasən, atışma nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
"Bir nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanadadır. Riçlendin polis idarəsi atəş açan şəxsi fəal şəkildə axtarır", - deyə polis idarəsindən bildiriblər.
Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, atəş açan şəxs silahlıdır və təhlükəlidir, vətəndaşlara ərazidən uzaq durmaq tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB