Bosniya və Herseqovinanın bir çox bölgəsində baş verən şiddətli fırtına maddi ziyana və nəqliyyatın hərəkətində ləngimələrə səbəb olub.
SIA xəbər verir ki, ölkənin mərkəzi, qərb və şimal-qərb bölgələrində güclü külək və yağışlar səbəbindən bəzi yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb.
Zenitsa-Doboy bölgəsində güclü külək nəticəsində elektrik dirəkləri aşıb, evlərin dam örtükləri uçub.
Əlverişsiz hava şəraiti səbəbindən bəzi aviareyslər ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB