Şəmkir sakinindən narkotik və silah aşkarlanıb - VİDEO

Şəmkir sakinindən narkotik və silah aşkarlanıb - VİDEO

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Valeh Zamanov saxlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəlinin rayon ərazisində gizlətdiyi 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 59 ədəd patron aşkar edilərək götürülüb. Maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə