Həftəsonu 25 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Həftəsonu 25 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Fevralın 5-də və 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə