"Yeni Klinika"nın qarşısında avtomobil qadını vuraraq öldürüb

"Yeni Klinika"nın qarşısında avtomobil qadını vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SIA-nın xəbərinə görə, hadisə Heydər Əliyev prospektində "Yeni Klinika"nın qarşısında qeydə alınıb.

Şəhər sakini Elşad Şirinov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Adilə Zeynalovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə