Qaz partlayışı zamanı bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb

Qaz partlayışı zamanı bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb

Salyanın Qarabağlı kəndində fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib.

SIA-nln Mil-Muğan bürosunun məlumatına görə, partlayış nəticəsində bir ailənin üç üzvü -1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı, övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayılov Zaur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə