Türkiyədə yol qəzası baş verib, 13 nəfər xəsarət alıb

Türkiyədə yol qəzası baş verib, 13 nəfər xəsarət alıb

Türkiyənin Şanlıurfa vilayətində mikroavtobus minik avtomobili ilə toqquşub.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Siverek rayonunda baş verib. Qəza nəticəsində 13 nəfər xəsarət alıb.

Yaralılar Siverek rayon dövlət xəstəxanasına çatdırılıb.

Xəsarət alanların vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qəza ilə bağlı araşdırmalar başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə