Madaqaskarda güclü "Batsiray" tropik siklonu nəticəsində azı 10 nəfər həlak olub.
SİA xəbər verir ki, bu barədə "BBC" televiziya kanalı bildirib
Qeyd edilib ki, siklon adaya leysan yağışı və sürəti 235 km/saat-a çatan küləklər gətirib, külək nəticəsində sahildə yüksək dalğalar əmələ gəlib. Bir neçə sahilyanı kənd təbii fəlakət nəticəsində demək olar ki, tamamilə məhv edilib.
Milli Meteoroloji Xidmətindən bildiriblər ki, siklon hazırda zəifləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB