Sabunçu rayonunda ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə