Moskvada 30 avtomobilin iştirakı ilə kütləvi qəza baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, insident Kiyev şossesinin 116-118 km-lik hissəsində, Moskva istiqamətində qeydə alınıb.
Hadisə nəticəsində səkkiz yaşlı bir uşağın xəsarət aldığı bildirilib. Azyaşlı Obninsk xəstəxanasına yerləşdirilib.
Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Hadisənin baş vermə şəraiti və səbəbləri aydınlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB