Xocavənddə şirkətə məxsus avtobus qəzaya uğrayıb, yaralılar var

Xocavənddə şirkətə məxsus avtobus qəzaya uğrayıb, yaralılar var

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

SİA-nın məlumatına görə, qəza Xocavənd rayonu ərazisində baş verib.

Hadisə nəticəsində xəsarət alanlar ətraf rayon xəstəxanalarına yerləşdiriblər.

Dövlət Avtomobil Yolları Agentliyindən hadisənin başvermə səbəbi barədə heç bir məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə