Saatlıda ev yanıb

Saatlı rayonunun Musalı kəndində birmərtəbəli ev yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Saatlı rayonunun Musalı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə