Tonqa sahillərində güclü zəlzələ olub

Tonqa sahillərində güclü zəlzələ olub

Tonqa Krallığı sahillərində 6 bal gücündə zəlzələ baş verib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, yeraltı təkanların episentri təxminən 22,4 min əhalisi olan Nukualofa şəhərindən 99 kilometr cənub-qərbdə, ocağı isə 180 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə